10.09.2021

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində görüş keçirildi.

10.09.2021-ci il tarixdə Goranboy Rayon Təhsil Şöbəsində UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində görüş keçirildi. Tədbir iştirakçıları  icma əsaslı məktəbəqədər təhsilin inkişafı ilə bağlı   çıxışlar edərək, müzakirələr apardılar. Sonda isə kənd icmasının uşaqları müxtəlif kompozisiyalar nümayiş etdirdilər. Qeyd edək ki,  layihənin əsas məqsədi icmalarda məktəbəqədər təhsilə cəlb olunmuş 3-5 yaşlı uşaqların sayını artırmaq, erkən yaşda təlimin uşağın sosial-emosional, intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsiri, onun gələcəkdə uğur qazanmasına imkan yaratmaq, vətəndaş iştirakını təmin etməklə kənd icmalarında keyfiyyətli təhsil xidmətlərinə nail olmaqdır.


Açar sözlər: