Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub. Goranboy rayon ümumtəhsil müəssisələri üzrə dörd şagird final turuna vəsiqə qazanıb : Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Məmmədov Şahin Natiq oğlu Azərbaycan dili və ədəbiyyat fənni üzrə, Tap kənd F.Rüstəmov adına tam orta məktəbin XI sinif şagirdi Paşayeva Aytac Bəhruz qızı biologiya fənni üzrə, Xoylu kənd M.Fərmanov adına tam orta məktəbin XI sinif şagirdi Xəlilov Talıb Samir oğlu tarix fənni üzrə, Borsunlu kənd 2 saylı tam orta məktəbin IX sinif şagirdi Ələkbərova Elmira Ziya qızı kimya fənni üzrə.
Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.