Goranboy rayonunda fənn müsabiqəsi

Martın 5-də Goranboy rayonunun 4 məntəqəsində (Şəhər 2 saylı tam orta məktəb, Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəb, Faxralı kənd tam orta məktəb, Borrsunlu 1 sayli tam orta məktəb) VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.  Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 187 nəfər şagird iştirak edib. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin iyun ayında keçirilməsi planlaşdırılır. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər mükafatlandırılmaqla yanaşı, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar da müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda, ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət olunacaqlar.


Açar sözlər: