20.11.2019

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda

Noyabrın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Goranboy rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonda yerləşən Qızılhacılı qəsəbə Dilbazi Qasımov adına 1 nömrəli, Qızılhacılı qəsəbə Mahir Dosuyev adına 2 nömrəli və Goranboy şəhəri 2 nömrəli tam orta məktəblərə baş çəkib. Nazir müavini qeyd olunan təhsil müəssisələrində pedaqoji kollektivlə görüşüb, sinif otaqları və onların tərtibatı barədə öz tövsiyələrini bildirib.

Nazir müavini Goranboy şəhəri 2 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Məhəbbət Vəliyeva görüş zamanı təhsil sahəsində aparılan islahatları, təlim nailiyyətlərinin təkmilləşməsi barədə öz tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.

Daha sonra nazir müavini Goranboy şəhəri İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada olub, gimnaziyanın şəraiti ilə tanış olub və pedaqoji kollektivi ilə görüşərək onlarla söhbət aparıb.


Açar sözlər: ,