30.05.2019

Biz qaliblər sırasındayıq

          Ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqəsinin birinci mərhələsinin nəticələri açıqlanib. Rayonumuzun ümumtəhsil müəssisələrinin 16 nəfər şagirdi yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanib.

         Şəfəq kənd tam orta məktəbin 3 şagirdi  fizika, kimya, biologiya, Nərimanlı kənd tam orta məktəbin 2 şagirdi kimya, biologiya, Yolpax kənd tam orta məktəbin 2 şagirdi riyaziyyat, kimya, şəhər 2 nömrəli məktəbin 2 şagirdi riyaziyyat,  Borsunlu kənd tam orta məktəbin 2 şagirdi fizika, kimya, Faxralı,Tatarlı, Xoylu, Muzdurlar  kənd tam orta məktəblərin şagirdləri riyaziyyat, Qazanbulaq kənd tam orta məktəbin  şagirdi fizika fənni üzrə    yüksək nəticələr toplayıblar.                               Şagirdlərimizə final mərhələsində uğurlar arzulayırıq!


Açar sözlər: ,