01.05.2019

Ümumtəhsil müəssisələrində təhlükəsiz psixoloji mühit

          Ümumtəhsil məktəblərində psixoloji xidmət işinin gücləndirilməsi bu günün aktual məsələsidir.  Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.04.2019-cu il tarixli 05-14-523/13 nömrəli məktubuna əsasən ümumtəhsil məktəblərində təhlüləkəsiz psixoloji mühitin öyrənilməsi və yaxşılaşdırılması məqsədilə Goranboy Rayon Təhsil Şöbəsində yığıncaq keçirilib.

            Yığıncağda  Təhsil Şöbəsinin məsul işçıləri,  ümumtəhsil müəssisələrinin rəhbər işçıləri və psixoloqları iştirak ediblər. Şəfəq, Balakürd, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbin psixoloqları çıxış edərək məktəblərdəki mövcud vəziyyət, məktəblərdə sağlam mənəvi və təhlükəsiz mühitin yaradılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, təhsilalanlarda müsbət davranış modelinin formalaşması sahəsində hədəflərin müəyyən olunması barədə fikirlərini bildiriblər


Açar sözlər: ,  ,