30.03.2019

Azərbaycanlıların qanlı tarixi

              31 mart Azərbaycanlıların soyqırımıdır.  1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıblar,  kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

             Qırğınlar Azərbaycanın digər şəhər və rayonlarında da törədilib.

             Goranboy rayonu ümumtəhsil müəssisələrində 31 mart soyqırım günü kimi müəllim və şagird kollektivləri tərəfindən anılıb.

 


Açar sözlər: