15.03.2019

Ölkəmizi tanıyaq

         Bu gün Goranboy rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyası start götürüb. Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyası artıq gözəl ənənəyə çevrilib, məqsəd bölgələrin müasir həyatı, tarixi,  mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmaq, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə yeniyetmələrdə əyani təsəvvür yaratmaqdır.

        Goranboy məktəblilərini Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, müavin Mirvari Ağamalıyeva, Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov yola salmışlar.


Açar sözlər: ,  ,