25.02.2019

Xocalı-27

        Xocalı faciəsi millətimizin qan yaddaşıdır. Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törətdikləri  soyqırımıdır. Soyqırım nəticəsində 63 uşaq, 106 qadın, ümumilikdə 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir alınıb.

       Goranboy rayon ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş anım mərasimləri,dəyirmi masalar keçirilib. Müəllim və şagird kollektivləri günahsız qurbanların xatirəsini yad edərək xalqımızın taleyinə qanla yazılan Xocalı soyqırımının böyüməkdə olan nəslin yaddaşlarına həkk olunmasını və heç vaxt unudulmayacağını qeyd ediblər.       


Açar sözlər: