28.01.2019

Buraxılış imtahanlarının yeni modeli

         27.01. 2019-cu il tarixdə Şəmkir şəhəri Nizami adına tam orta məktəbdə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2019-cu il buraxılış imtahanlarının yeni modelinə həsr olunmuş seminar keçırilib. Seminarda DİM-in məsul işçiləri, DİM-in Gəncə Regional bölməsinin rəhbəri Nəsimi Məmmədov, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Çəmən Babaxanova və Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonunun xarici dili müəllimləri iştirak edib.

            Seminarda IX və XI siniflərin buraxılış imtahanlarının yeni modeli izah olunub, hər bir xarici dili fənni üzrə ayrılıqda seminar keçirilib.


Açar sözlər: ,