31.12.2018

Dünya azərbaycanlılarını birləşdirən möhtəşəm bir gün

          Hər il dekabr ayının son gününün "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi qeyd olunması dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə- müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, onların bir-biri ilə sıx ünsiyyət qurmalarına,  milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir.

         80-ci illərdə Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət aldığı bir zamanda 31 dekabrda doğma Azərbaycanı iki yerə bölən tikanlı məftillər qırılıb, beləliklə, 31 dekabr Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi daxil olub. 

         Goranboy rayon ümumtəhsil məktəbləri  Həmrəylik gününü və yeni ili böyük coşğu və təntənə ilə qeyd ediblər.

       "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni il münasibəti ilə bütün xalqımızı təbrik edirik, səmamız açıq, millətimiz firavan yaşasın. Bayramınız mübarək!