26.12.2018

Balaca Nahidin böyük uğuru

           Goranboy şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Vəlizadə Nihad Qadın və Uşaq Akademiyası İctimai Birliyi və AzEdu.az Təhsil Portalının birgə təşkil etdiyi “Məktəblinin kitabı” lahiyəsinə internet vasitəsi ilə qoşularaq lahiyədə fəal iştirak edib, qalib olaraq Təltifnaməyə layiq görülüb. Lahiyə çərçıvəsində Nihad 26 adda dünya və Azərbaycan ədəbiyyatının inciləri sayılan əsərləri oxuyub, oxuduğu əsərlər barədə verilən sualları dolğun cavablandırib. Təqdimolunma mərasimində türk dünyasının tanınmış şairi Rüstəm Behrudi, Milli Məclisin deputatı Fazil Mustafa, Qadın və Uşaq Akademiyası Ictimai Birliyinin sədri Sevinc Fədai iştirak edib. Tədbirdə deputat Fazil Mustafa belə tədbirlərin tədqirə layiq olduğunu, nəinki uşaqların və yeniyetmələrin, hətta böyüklərin də informasiyaları internet vasitəsi ilə aldığı, kitabların az oxunduğu dövrdə lahiyənin və bu lahiyəyə şagirdlərin müstəqil qoşulmasını yüksək qiymətləndirib. Fazil Mustafa qaliblərlə xatirə şəkli çəkdirib. Təltifnamə və hədiyyəni Nihad Vəlizadəyə şair Rüstəm Behrudi təqdim edib. Lahiyədə Nihad Vəlizadənin kiçik qardaşı Novruz Vəlıizadə də iştirak edərək sertifikat alıb.


Açar sözlər: ,