13.12.2018

Siyasətin kamil bilicisi

         Goranboy rayonunda dünyanın nadir, unikal, seçılən siyasət adamı, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər Heydər Əliyevin anım mərasimi  keçırilib. Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, rayonun idarə və təşkilatlarının rəhbərləri, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov, təhsil işçıləri və rayon ictimaiyyəti iştirak edib.

        Mərasimdən əvvəl Rayon İcra Hakimiyyəti başçısının  rəhbərliyi ilə dəyirmi masa keçırilib, ümummilli lider Heydər Əliyevin keçdiyi şanlı həyat yolundan bəhs olunub, sonra ulu öndərin abidəsi önünə tər çiçəklər qoyularaq xatirəsi yad edilib.

      Rayon ictimaiyyəti anım mərasimində iştirak edərək ulu öndərə öz məhəbbət və ehtiramını bildirib, sonra Heydər Əliyev muzeyinə baş çəkilib.