11.12.2018

Liderlərin lideri

               Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıbar.           

             Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçı Heydər Əliyevin xüsusi rolu var. Bu dahi insan Azərbaycan xalqının  yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.

             Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Təbiət bu keyfiyyəti heç də bütün siyasi xadimlərə bəxş etmir, Heydər Əliyev öz analitik düşüncə tərzi, çətin vəziyyətlərdə soyuqqanlığını saxlamaq məharəti, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları həmişə heyrətləndirib. Ulu öndərin həyat fəaliyyəti nəsillərə nümunədir.

            Goranboy rayon ümumtəhsil məktəblərində ulu öndərin anım mərasimi münasibəti ilə silsilə tədbirlər keçırilir. Goranboy şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Qasımova İlhamənin rəhbərliyi ilə  Heydər Əliyev mərkəzində keçirilən ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompazisiya şadirdlərin ümummilli liderə sevgisini əks etdirib.

    


Açar sözlər: