01.12.2018

Gənc müəllimin peşə işgüzarlığı

              30.11.2018-ci il tarixdə Məşədiqaralar kənd E.Verdiyev adına tam orta məktəbin VII sinfinin sinif rəhbəri fizika müəllimi Qurbanova Jalə Məhərrəm qızı sinif təşkilat saatını şagirdlərlə “Mən asudə vaxtımı necə keçirirəm?” mövzusunda maraqlı şəkildə təşkil edib. Təşkilat saatı müəllim və şagirdlər arasında dialoq, fikir mübadiləsi, şagirdlərin asudə vaxtlarında məşğuliyyətləri, yaradıcılıq və əl işləri ilə məşğul olmalarından bəhs edib. Gənc müəllim şagirdlərlə həvəslə işləyir və öz üzərində səylə çalışır, məhz bunun nəticəsidir ki, Jalə Məhərrəmova müəllimlərin  Diaqnostik Qiymətləndirilməsində 51 bal toplayıb, gənc müəllimlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,