17.11.2018

Milli Dirçəliş Günü

       1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub.

 Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalq bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirib.

     1992-ci ildən 17 Noyabr "Milli Dirşəliş Günü" kimi qeyd olunur.

            Goranboy rayon ümumtəhsil müəssisələrində də  "Milli Dirçəliş Günü" qeyd olunub və 17 noyabrın xalqımızın tarixində önəmli yer tutduğu, millli oyanışın təməlinin qoyulması və imperiya buxovlarından azad olub,  müstəqil inkişaf yoluna qədəm   qoymasında mühüm rolundan danışılıb. Şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi  Ruziyyə Məmmədovanın şagirdlərlə hazırladığı bədii kompazisiya  müəllim və şagird kollektivinin rəğbətini qazanıb.


Açar sözlər: ,