16.11.2018

Biz vətənimizlə fəxr edirik.

 

       "Ölkəmizi taniyaq" tur aksiyası start götürüb. Goranboy rayon ümumtəhsil məktəblilərinin öncül şagirdləri ölkəmizin dilbər guşələri ilə tanış olmaq üçün 14.11.2018-ci il tarixdə səfərə çıxıblar. Məktəbliləri səhər Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, İcra Hakimiyyətinin müavini Mirvari Ağamalıyeva, Rayon Təhsil Söbəsinin müdiri Səxavət Məmmədov təntənəli şəkildə yola salıblar. Natiqlər bu turun mahiyyət və məqsədlərindən danışıblar. 

      Məktəblilərimiz ilk olaraq Quba rayonunda olublar, məktəblilərimizi Quba rayon İcra Hakimiyyətinin müavini mehribanlıqla qarşılayıb. Məktəblilər Quba Rayon Heydər Əliyev muzeyində, tarix diyarşunasliq muzeyində, olimpiya idman kompleksində, rəsm qalereyasinda, "Bayraq" meydanında olublar. Sonda məktəblilərimiz "Cənnət bağı" otelində şam yeməyi yeyib, intelekt oyunlar oynayıblar. Quba Rayon İcra Hakimiyyətinə qonaqpərvərliklərinə görə təşəkkür edirik.