13.11.2018

Məktəblər arasında respublika çempionatı

            Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Naziriliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilliləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırilması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətinin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarişlarda iştirakının təmin edilməsi məqsədilə 26.09.2018-ci ildə birgə əmr imzalanib. Birgə əmrə əsasən 2018-2019-cu tədris ili ərzində “Məktəblər arasında respublika çempionatı” nın keçırilməsi nəzərdə tutulub, “Məktəblər arasında respublika çempionatı” nın əsasnaməsi və proqramı təsdiq edilib, proqram və əsasnaməyə əsasən çempionatda iştirak edən məktəblərin qiymətləndirilməsi müəyyən edilmiş meyarlara əsasən rayondaxili, zona və final mərhələləri üzrə qiymətləndirmənin yekununa əsasən  müəyyən ediləcək.

          “Məktəblər arasında respublika çempionatı” nin proqramına uyğun olaraq 11-12  noyabr 2018-ci il tarixdə Goranboy rayon ümumtəhsil məktəblərinin qatıldığı rayon mərhələsində qızlar arasında  voleybol idman növü üzrə yarış keçırilib. Yarışda iştirak edən 48 məktəbin voleybol komandası arasında Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin komandası 1-ci yerə, Qaradağlı kənd tam orta məktəbin  komandası 2-ci yerə, Tatarlı kənd tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüb. Beləliklə, Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin voleybol komandası zona mərhələsinə vəsiqə qazanıb, komandamıza uğurlar arzulayırıq.