13.11.2018

Azərbaycan xalqının suverenliyinin həyata keçırilməsi forması

        12 noyabr Azərbaycan Respublikasında Konstitusiya günüdür. Hazırki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminiat vermək, vətəndaş cəmiyyətinin bərqərar olması, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlııq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək və s.sadalanan niyyətlərlə ümumxalq səsverməsi-referendum yolu ilə Konstitusiya qəbul olunub. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüququ qüvvəyə malik, qanunveriçilik sisteminin əsasını təşkil edən ən ali normativ hüququ aktdır.

              Goranboy rayon ümumtəhsil məktəblərində 12 noyabr Konstitusiya günü qeyd olunub, şagird və müəllim kollektivinə bu normativ aktın aliliyi və hüququ tərəfləri haqqında məlimat verilib.


Açar sözlər: