07.11.2018

Bayraq dövlətimizin suverenliyi rəmzidir

                 Bayraq mənliyimdir, bayraq kimliyim,

                  Bayraq öz yurduma öz hakimliyim.

         Qızılhacılı qəsəbə D.Qasımov  adına 1 nömrəli tam orta məktəbin VIII–IX-X-XI sinif şagirdləri arasında 09 noyabr  “Dövlət Bayrağı Günü” nə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda məktəbin “Goranboy”, “Lider”, “Dəniz” komandaları iştirak edib. Bilik yarışını müəllim-şagird kollektivi və valideynlər böyük maraq və coşğu ilə izləyib. VI və VII sinif şagirdləri arasında “Goranboy”, VIII sinif şagirdləri arasında “Dəniz”,  IX-X-XI sinif şagirdləri arasında  “Lider” komandası qalib olub.


Açar sözlər: ,