05.11.2018

Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına doğru.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. Məhz bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2017-ci il 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ili ölkənin ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan edimiş və 14.08.2018-ci il F-550 nömrəli əmrı ilə mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu tədris ilində də davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.

          “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planının 1.3.3 və 2.2.1 müdəallarını rəhbər tutaraq Goranboy rayon ümumtəhsil müəssisələrində fənlərin tədrisi vəziyyəti mütəmadi olaraq yoxlanılır. Belə ki, Alpoud kənd tam orta məktəbində ibtidai siniflərdə ana dili fənninin tədrisi keyfiyyətini yoxlamaq məqsədi ilə IIIa sinfində Məmmədova Laçın Oktay qızının, Tap kənd tam orta məktəbində IV sinifdə Rübabə İsmayılovanın, Borsunlu kənd 1 nömrəli tam orta məktəbində III sinifdə Alışanova Nəsibə Məzahir qızının və VI sinifdə fizika fənni üzrə Şahnaz Allahverdiyevanın dərsləri dinlənilib.