08.10.2018

Şərəfli peşə sahibləri

        "Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” Uluöndər Heydər Əliyevin müəllim haqqında söylədiyi bu fikir müəllimlərin cəmiyyətdə nə qədər məsuliyyətli bir peşənin sahibi olduqlarını bir daha təsdiq edir. Müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi məskən salan şəxsiyyətdir, məktəb isə müqəddəs bir məbəddir.

            05 oktyabr 1966-cı ildə YUNESKO-da müəllim gününün qeyd olunması haqqında qərar qəbul olunub. Ölkəmiz müstəqillik qazandıqdan sonra oktyabr ayının ilk bazar günü “Müəllimlər Günü” kimi qeyd olunmağa başlayıb.

       05.10.2018-ci il tarixdə Goranboy rayon təhsil işçiləri də öz peşə bayramını təntənəli şəkildə qeyd edib. Yüksək şəkildə hazırlanmış tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, rayonun idarə və müəssisələrinin rəhbər işçıləri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Goranboy müəllimlərinin əməyinə verilən qiymət ürəkaçan sevinc yaradıb. Belə ki, Goranboy şəhər 2 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova Nahidə Qaraca qızı “Əməkdar müəllim” fəxri adı, Faxralı kənd tam orta məktəbin fizika müəllimi Quliyeva Lamiyə Çıngiz qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil  işçısi” döş nişanı, Qaraçınar kənd tam orta məktəbin riyaziyyat müəllimi Ağayev Sərxan Şaxyəddin oğlu Təhsil Nazirliyinin, 7 nəfər qabaqcıl müəllimlər isə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. Əziz müəllimlər, sizi təbrik edirik və şərəfli işinizdə sizə müvəffəqiyyətlər arzulayırıq.