15.09.2018

"Bilik  günü"nün qeyd olunması

         Təhsil naziri Ceyhun Bayramovun “Bilik günü”nun qeyd olunması barədə 30 avqust 2018-ci il F-581 nömrəli əmrinə əsasən Goranboy rayon ümumtəhsil məktəblərində 15 sentyabr “Bilik günü” təntənəli şəkildə qeyd edilib. “Bilik günü” tədbirləri Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbirlərdə məktəblərin rəhbər işçıləri, valideynlər, müəllim və şagird kollektivləri, Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər. Tədbirlərdə  təhsil nazirinin əmrinə əsasən ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ilinin ilk dərs məşğələlərinin ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”,  X-XI siniflərdə “Azərbaycan Xalq Cumhuriyyəti-dövlətimizin bayraqdarı” mövzularına həsr olunması, 5 günlük tədris  həftəsi tətbiq olunan məktəblərdə dərslərin  sentyabrın 17-də, 6 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə dəslərin 15 sentyabrda başlanması bildirib. Tədbirlər şagirdlərin “Bilik günü”nə və müəllimlərə həsr olunmuş bədii kompozisiyaları ilə başa çatıb.