07.09.2018

Məzunlarla görüş keçirilib

          Sentyabrın 6-da Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, deputat Ağalar Vəliyev və rayonun digər idarə və müəssisələrinin rəhbər şəxslərinin, Təhsil Şöbəsinin məsul işçılərinin 500-700 intervalında bal toplayan məzunlarla görüşü keçirildi. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, deputat Ağalar Vəliyev, Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov və yüksək bal toplayan məzunların valideynləri məzunları təbrik etdilər. Tədbirdə məzunlar İcra Hakimiyyətinin başçısı və deputat Ağalar Vəliyev tərəfindən pul mükafatı və hədiyyələrlə mükafatlandırıldılar. 700 bal toplamış Səfikürd kənd tam orta məktəbin məzunu Məhəmmədli Kənan Nızaməddin oğlu deputat Ağalar Vəliyev tərəfindən ən yüksək hədiyyə ilə-10.000 manat pul mükafatı ilə mükafatlandırıldı. Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov Goranboy təhsilinin uğurlarının növbəti illərdə də yüksək naliyyətlər əldə edərək respublika təhsilinə töhvələr verəcəyi nitqi ilə görüş iştirakçıları qarşısında çıxış etdi. Tədbir məzunların şənlik mərasimi ilə başa çatdı.


Açar sözlər: ,