21.07.2018

Kənan-700 bal

          Dövlət İmtahan Mərkəzi ali məktəblərin bakalavr səviyyəsi üzrə iyul ayının 18-i keçırilmış imtahan nəticələrini açıqladı. I qrup üzrə 11 nəfər abituriyent maksimum nəticə olaraq 700 bal toplamışdır. Goranboy rayon ictimaiyyəti, xüsusulə də təhsil işçıləri üçün sevindirici haldır ki, bu şagirdlər arasında rayonumuzun Səfikürd kənd tam orta məktəbin məzunu Kənan Nizaməddin oğlu Məhəmmədli də var. Beləki Kənan ən yüksək bal-700 bal toplayaraq respublika məzunları içərisində seçılənlərdəndir. Təbrik edirik, belə şagirdlərimizlə fəxr edirik.