14.04.2018

Pedaqoji əməkdaşlıq əlaqələri

            Azərbaycan Respublikası Təhsil Nazırliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması” barədə 05.01.2018-ci il 21 nömrəli əmrinə uyğun olaraq Samux rayonu 2 nömrəli tam orta məktəbi ilə Goranboy rayonu  2 nömrəli tam orta məktəbi arasında pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb. Belə ki, Samux rayonu 2 nömrəli tam orta məktəbin bir qrup müəllimi Goranboy rayonu 2 nömrəli tam orta məktəbində olublar. Məktəb rəhbərliyi, müəllim və şagird kollektivi qonaqları qonaqpərvərliklə qarşılanıb, görüş aprel döyüşlərinin ildönümünə təsadüf etdiyinə görə aprel şəhidlərinin xatirəsi yad edilərək  şəhidlərin məzarına tər qərənfillər düzülüb.

           Tədbirlər planına uyğun olaraq IIIa sinfində müəllim Gülşən Hüseynovanın azərbaycan dili fənnni üzrə “Qaraca qız” mövzusu üzrə, VIIIa sinfində biologiya fənni üzrə müəllim Kəmalə Abbasovanın “Duyğu üzvləri” mövzusunda, VIa sinfində xarici dil fənni üzrə müəllim Leyla Həsənovanın “Ətrafımızdakı dünya” mövzusunda dərsləri dinlənilib. Dərslər dərsın mərhələlərinə uyğun təşkil olunaraq motivasiya hissəsində canlı səhnələr yaradılıb, dərsin gedişi, şagirdlərin fəalığı,  hazırcavablığı müzakirə olunub. IIIa sinfində azərbaycan dili dərsinin motivasiya hissəsində “Qaraca qız “ filmindən fraqmentlər göstərilıb, 2 şagird qaraçı rəqsini ifa edib, ingilis dili dərsində “Ətrafımızdakı dünya” mövzusuna uyğun olaraq şagirdlər müxtəlif ölkə xalqlarının milli geyimlərini geyiniblər.

           Dərslər dinlənildikdən sonra şagirdlərin ifasında “Lələtəpə bizi qələbəyə aparan yoldur” adlı bədii kompazisiya göstərilmiş, aprel döyüşlərində şəhid olmuş Goranboylu Bəxtiyar Rəfaıl oğlu Hüseynov haqqında rolik təqdim olunub.


Açar sözlər: ,