27.11.2017

Ölkəmizi tanıyaq tur aksiyası

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, öyrənilməsi məqsədilə respublikamızda "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyada Goranboy məktəbliləri də iştirak etmişdir.

Onlar ölkəmizin şimal bölgəsində Quba-Qusar-Xaçmaz rayonlarında olmuş, ölkəmizin şimal bölgəsi haqqında olan nəzəri bilgilərini  əyani şəkildə zənginləşdirmişlər. Məktəblilər 1918-ci ildə Quba rayonunda ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri əks etdirən Quba  Soyqırımı Memorial Kompleksində olmuş, erməni vandalizminin əyani şahidi olmuşlar.