12.10.2017

Beynəlxalq Müəllimlər Günü

5 oktyabr  Beynəlxalq Müəllimlər günüdür.  Bu şərəfli peşə bayramı münasibəti ilə Goranboy rayonunda da tədbir keçirildi. Tədbirdən əvvəl  ulu öndərin abidəsi önünə tər çıçəklər  qoyuldu. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, rayonun  digər idarə və müəssisələrinin rəhbərləri, rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov, Təhsil Şöbəsinin  dıgər məsul işçiləri, məktəb direktorları və qabaqcıl müəllimlər  iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı  Nizaməddin Quliyev  təhsil işçılərini bu şərəfli  və məsuliyyətli peşə bayramı münasibəti ilə təbrik etdi  və çətin işlərində uğurlar arzuladı. Təhsil şöbəsinin müdiri Səxavət Məmmədov  2016/2017-ci tədris ilində Goranboy  təhsilində olan uğurlardan, prezidentimizin  və İcra Hakimiyyətinin  Goranboy təhsilini daim diqqət mərkəzində saxlamasından  danışdı. Məhz  bunun nəticəsidir ki,  şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Məmmədova Sona Ağamalı qızı təhsilın inkişafındakı xidmətinə görə Azərbaycan Respublikası  Prezidentinin sərancamı ilə  “Əməkdar  müəllim” fəxri  adına layiq görülmüşdür.  Qaraçınar kənd tam orta məktəbinin  azərbaycan dili və ədəbiyyat  müəllimi  Məhərrəmov Ağa İsbəndiyar oğlu Təhsil Nazirliyi tərəfindən  “Fəxri  Fərman” la,  Muzdurlar kənd tam orta məktəbin az dili və ədəbiyyat müəllimi Həsənova Elnurə, Səfikürd kənd tam orta məktəbin kimya müəllimi Hüseynov Ziyabil İsgəndər oğlu və Faxralı kənd tam orta məktəbin kimya müəllimi Əhmədov Amil Zəmaləddin oğlu  Rayon İcra Hakimiyyəti  tərəfindən  “ Fəxri Fərman” la təltif olunmuşdur. Goranboy təhsilinin inkişafında əməyi olan bütün təhsil işçılərinə uğurlar azulayırıq.