19.09.2017

Məzunlarla görüş

07.09.2017-ci il tarixdə  Goranboy rayonunda ali məktəblərə qəbulda yüksək bal toplayan məzunlarla görüş keçirildi.  Görüşdə  Goranboy-Ağdam-Tərtər ərazisi üzrə  deputat Ağalar Vəliyev , rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev,  rayonun idarəetmə orqanlarının rəhbərləri, təhsil şöbəsinin müdiri Səxavət Məmmədov, qabaqcıl müəllimlər, valideynlər və 500 baldan artıq bal toplayan 56 nəfər, 600 baldan yuxarı bal toplayan 20 nəfər məzun iştirak edirdi.  Görüşdə deputat Ağalar Vəliyev çıxış edərək  məzunları və yüksək bal toplayan məzunların valideynlərini təbrik etdi, məzunları pul mükafatı ilə mükafatlandırdı. Rayon icra başçısı Nizaməddin Quliyev məzunların yüksək nəticələrini  Goranboy rayon təhsilinin nailiyyəti kimi qiymətləndirərk  müəllimlərə bu çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzuladı və məzunlara İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.