16.09.2017

Goranboy rayon təhsil işçılərinin sentyabr konfransı

7 sentyabr 2017-ci il tarixdə Goranboy rayon təhsil işçılərinin sentyabr konfransı keçirildi. Konfransda Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev, Təhsil Nazirliyinin hüquq şöbəsinin müdiri çənab Sübhi  Kazımlı və rayonun aidiyyatı idarə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri. qabaqcıl müəllimlər və yüksək bal toplamış məzunlar iştirak etdilər.

  Konfransın gündəliyində 2 məsələ müəyyənləşdirilmişdir.

1. 2016/2017-ci dərs  ilinin  yekunları  və yeni dərs ilində qarşıda duran vəzifələr.

2. Təhsil  Şöbəsinin yeni tərkibdə şurasının seçilməsi.

   “2016/2017-ci  dərs ilinin  yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” haqqında Goranboy Rayon təhsil  şöbəsinin müdiri Səxavət Məmmədov məruzə etdi. Natiq  2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əiyevin sərancamı ilə təsdiq olunmuş “   Azərbaycan Respublikasında Təhsilin Inkişafı  üzrə Dövlət Strategiyası “ proqramından irəli gələn məsələlərin həllindən, Prezidentimizin təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərməsindən, bunun nəticəsi olaraq  Goranboy rayonunda cənab Prezidentin sərancamı ilə 5 nəfəırin  “Tərəqqi “ medalı, 4 nəfərin əməkdar müəllim, 2 nəfər müəllimin  ilin ən yaxşı müəllimi,Təhsil Nazirliyi  tərəfindən 3 nəfərin qabaqcıl təhsil işçisi adına layiq görülməsi haqqında konfrans iştirakçılarına məlumat verdi. 2016/2017-ci   tədris ilində XI sinfi  905 nəfər müvəffəqiyyətlə başa vurmuş, bir nəfər Qaraçınar kənd tam orta məktəbin XI sinif  məzunu Mamedov Firdus Ədalət oğlunun qızıl medala layiq görülməsi konfrans iştirakçılarının nəzərinə çatdırıldı. Ali məktəblərə qəbulun nəticəsi ötən ilin nəticələri ilə müqayisədə 9% artmışdır. Beləki 500 baldan artıq bal toplayan abituriyentlərin sayı ötən ilə nisbətən 19%, 600 baldan yuxarı bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə 25% artmışdır.  Bundan əlavə Goranboy rayon Təhsil Şöbəsinin  və Goranboy Rayon Gənclər və İdman  İdarəsinin nəzdində yaranan  “Goranboy intellektual Oyunlar klubu “ nun Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbində fəaliyyət göstərən  “ Turan” komandası  2016/ 2017-ci dərs ili ərzində Zərifə xanım Əiyevanın xatirəsinə həsr edilmiş “ Qələbəyə doğru “ intellektual bilik yarışmasında final mərhələdə ikinci yer, Gəncə şəhərində  “Kəpəz”  MTRŞ MMC –də Azərbaycanın Qərb bölgəsi üzrə  məktəblilər arasında keçirilən “ Zirvə”  intellektual bilik yarışmasında 100 komanda arasında birinci yeri qazanmışı barədə konfrans iştirakşılarına məlumat verildi.

Məruzə ətrafında qabaqçıl müəllimlər, sınaq müddətini uğurla başa vurmuş direktorlar,diaqnostik qiymətləndirmədə ən yüksək bal toplamış müəllimlər çıxış etdi.

   Təhsil Nazirliyinin nümayəndəsi  Sübhi Kazımlı və rayon icra hakimiyyətinin başçısı cənab Nizaməddin  Quliyev  konfrans iştirakçılarına öz tövsiyyələrini bildirdi.

Konfransın sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi. Bununla da konfrans öz işini yekunlaşdırdı.