16.06.2017

Goranboy rayonunda "SON ZENG"

Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. 2016/2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirir. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.  “Son zəng” tədbiri bu il də ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olundu. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdeh oldular.

Goranboy Rayonundakı ümumtehsil mekteblerinde de “SON ZƏNG” tədbiri Təhsil Nazirliyinin tələblərinə uyğun keçirildi. Tədbir rəsmi hissədən, çıxışlardan və şagirdlərin hazırladıqları səhnəciklərdən və rəqslərdən ibarət oldu. Bu il rayonun 140 nəfəri məzunu oldu. Məzunlara il boyu göstərdikləri nailiyyətlərə görə fəxrə fərmanlar verildi.