17.04.2017

31 Mart soyqırımıyla bağlı Goranboy RTŞ-də tədbirlər

Goranboy RTŞ-nə bağlı bütün məktəblərdə 31 mart soyqırımına həsr olunmuş  "31 Mart  faciəsi tarixə qanlı bir ləkədir"  mövzusunda  tədbirler  keçirilmişdir. Tedbirlerde 1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaqların  öldürüldüyü , paytaxtda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirildiyi qeyd edilmişdir. Rəsmi mənbələrə görə, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirildiyi, 10 minlərlə insanın itkin düşdüyü xüsusilə vurğulanmışdır. Tədbirlerin sonunda  "31 Mart soyqırımına"  həsr olunmuş videoçarxlar  izlənilib.