15.03.2017

“Novruz” bayramı münasibəti ilə Goranboy rayonunda tədbir keçirilmişdir.

Xalqımızın ən qədim milli bayramlarından olan Novruz Goranboy rayonunda yüksək səviyyədə qeyd edildi. Bayram şənliyi rayon Mədəniyyət Evinin qarşısından aşıq və zurnaçıların çıxışları ilə başladı. Sonra tədbir iştirakçılarını Novruzun atributları olan Kosa, Keçəl və Bahar qızı qarşıladılar. Onlar Goranboy rayon icra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevi və bütün ictimaiyyəti bu əziz gün müansibəti ilə təbrik etdilər Heydər Əliyev Parkına qədər təşkil olunan sərgilərdə xalq tədbiqi sənət nümunələri, əl işləri, Novruzun özünəməxsus bayram süfrəsi, yumurta döyüşü, xoruz döyüşü, kəndirbaz və pəhləvanların çıxışları, torbadartma və qoz döyüşü oyunları nümayiş olundu. Rayon musiqi məktəblərinin rəqs kollektivinin və ifaçılarının çıxışları maraqla qarşılandı.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri milli xörəklərlə bəzədilmiş bayram süfrəsi arxasında əyləşdilər. Goranboy rayon icra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev “Gövkan” atüstü oyununun iştirakçılarına hədiyyələr təqdim etdi və rayon əhalisini bayram münasibəti ilə təbrik etdi, xalqımıza işğal olunmuş bölgələrimizdə Novruz tonqallarını qalamağı arzuladı.